Ucnoqta.az
www.ucnoqta.az

Qubada ev yanıb: <font color=red><b>85 yaşlı qadın yanaraq ölüb</b></font>

09:52 - 12 İyun 2021 tarixində dərc olunub.

Quba rayonunun Səbətlər kəndində ümumi sahəsi 144 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Ucnoqta.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir, yanğın yerinin kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Rəhmanova Gülnaz Cəzail qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Müəllif: