Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə məmur saxlanılıb - <font color=red><b>YENİLƏNİB</b></font>

13:30 - 11 İyun 2021 tarixində dərc olunub.

Baş Prokurluq Şəmkirdə məmurun həbsi xəbərinə aydınlıq gətirib.

Baş Prokurorluqdan Ucnoqta.az-a bildirilib ki, martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb:

"Araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. Kazımoya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb. V. Vəliyev şübhəli şəxs qismində tutulub".

13:00

Şəmkir rayon Kür qəsəbəsi Mənzil İstismar Sahəsinin rəisi Vazeh Vəliyev saxlanılıb.

"Report"un məlumatına görə, V.Vəliyev vəzifə səlahiyyətlərini aşmaqda, tabeçiliyində çalışan qadına qarşı fiziki təsir göstərməkdə ittiham edilir.

Müəllif: