Ucnoqta.az
www.ucnoqta.az

Qadını avtomobillə vurub qaçan şəxs saxlanıldı

11:54 - 11 İyun 2021 tarixində dərc olunub.

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 9-da Bakı şəhər sakini A.Babayevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini S.Əmoyev müəyyən edilərək saxlanılıb.

Müəllif: