Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda keçmiş deputat vəfat edib

09:44 - 11 İyun 2021 tarixində dərc olunub.

Milli Məclisin keçmiş deputatı Aslan Abbasov vəfat edib.

Ucnoqta.az “Report”-a istinadən xəbər verir ki, o, 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Abbasov Aslan Məmməd oğlu 1950-ci il martın 11-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun kimya texnologiyası fakültəsini bitirib.

1995-ci ildə 32 saylı İkinci Kəpəz seçki dairəsindən deputat seçilib. 2000-ci ilə qədər parlamentin üzvü olub. 2016-cı ildən Azərbaycan Texnologiya Universitetinin prorektoru vəzifəsində çalışıb.

Xatırladaq ki, A.Abbasov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır.

Allah rəhmət eləsin!

Müəllif: