Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda qaydaları pozan sürücülər məsuliyyətə cəlb olundu <font color=red><b>- Foto</b></font>

22:57 - 10 İyun 2021 tarixində dərc olunub.

Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.

Müəllif: