Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda bahalaşan və ucuzlaşan ərzaq məhsullarının <font color=red><b>SİYAHISI</b></font>

21:20 - 10 İyun 2021 tarixində dərc olunub.

Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan qida məhsulları məlum olub.

Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, günəbaxan və qarğıdalı yağlarının, limonun, almanın, armudun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, limonadın, arağın qiymətində müşahidə olunub.

Ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, alçanın, çiyələyin, qozun, fındığın, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib./trend

Müəllif: