Ucnoqta.az
www.ucnoqta.az

Vilayət Eyvazov bu rayonun yol polisinə yeni rəis <font color=red><b>TƏYİN ETDİ</b></font>

20:34 - 10 İyun 2021 tarixində dərc olunub.

Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin edib.

Ucnoqta.az xəbər verir ki, nazirin əmri ilə polis mayoru Mais Məmmədov Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bundan əvvəl Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin Yol Nəqliyyat Hadisələri üzrə baş inspektor vəzifəsində çalışıb.

Müəllif: