Ucnoqta.az
www.ucnoqta.az

Samuxda minik maşını dirəyə çırpılıb, sürücü ölüb

18:27 - 10 İyun 2021 tarixində dərc olunub.

Samux rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Sarıqamış kəndində qeydə alınıb. 1985-ci il təvəllüdlü Abbasov Loğman Əliş oğlunun idarə etdiyi minik maşını idarəetmənin itməsi nəticəsində yol kənarındakı dirəyə çırpılıb. Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: