Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb

12:51 - 10 İyun 2021 tarixində dərc olunub.

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonunun Çarxı kəndi ərazisində Mollaburhan kənd sakini G.Rzayev idarə etdiyi “Fiat-Doblo” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Rəhimoba kənd sakini Mehman Mustafayevi vurub. Qəza nəticəsində M.Mustafayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: