Ucnoqta.az
www.ucnoqta.az

Güclü yağış Gəncədə selə səbəb olub -<font color=red><b> FOTO</b></font>

08:45 - 10 İyun 2021 tarixində dərc olunub.

Ötən gündən başlayan yağıntılı hava şəraiti Gəncədə bir sıra fəsadlar törədib.

APA-nın məlumatına görə, güclü yağışdan sonra sel şəhərin bir neçə küçəsində avtomobillərin hərəkətində, həmçinin, inasanların gediş-gəlişinə çətinliklər yaradıb. Şəhərin bir sıra qəsəbələri, eyni zamanda "Dəmir yolu vağzalı" adlanan ərazi, "Sərçə" bazarı sel suları altında qalıb.

Bəzi həyətlərə sel suları dolub. Hazırda ölkənin qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Müəllif: