Ucnoqta.az
www.ucnoqta.az

Bakıda gənc qızı avtomobil vurdu

07:41 - 10 İyun 2021 tarixində dərc olunub.

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Orucova Gülnar Ayaz qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: