Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var

20:13 - 9 İyun 2021 tarixində dərc olunub.

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Yeni Qızılca kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, iki minik avtomobili toqquşub.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: