Ucnoqta.az
www.ucnoqta.az

Yoluxma sayı azalır - <font color=red><b>ÜST</b></font>

19:39 - 9 İyun 2021 tarixində dərc olunub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, son bir həftə ərzində dünyada koronavirusa 3 016 005 yoluxma qeydə alınıb.

Bu, yoluxma sayının 15% azalması deməkdir.
Əvvəlki yeddi günlə müqayisədə ölüm sayı 31 may-6 iyun arasında 8% azalaraq 73 807 nəfərə düşüb.

6 iyun tarixinə qədər yoluxma sayı 172 673 097, pandemiya başlayandan ölüm sayı 3 718 944 olub.
COVID-19 xəstələrinin əksəriyyəti - 914 min nəfərdən çoxu Hindistanda qeydə alınıb.

Braziliyada bu rəqəm 449, Argentinada isə 212 mindən çoxdur.///oxu.az

Müəllif: