Ucnoqta.az
www.ucnoqta.az

Mahir Emreli "Legiya" ilə müqavilə imzaladı

23:10 - 8 İyun 2021 tarixində dərc olunub.

Polşanın "Legiya" komandası Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə müqavilə bağlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi 24 yaşlı hücumçu ilə 3 illik sözləşmə imzalayıb.
Forvard yeni komandasında 11 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.

Müəllif: