Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə maşın qəzaya uğradı, kənd qazsız qaldı - <font color=red><b>Video</b></font>

20:57 - 7 İyun 2021 tarixində dərc olunub.

Bu gün axşam saatlarında İmişli rayonunun Mürsəlli kəndi ərazisində “Ford” markalı avtomobil qəza törədib.

“Azəriqaz”dan verilən məlumata görə, nəticədə, 108 mm diametrində olan yerüstü qaz xətti zədələnib.
Bu səbəbdən kəndə qaz verilişi dayandırılıb. Tezliklə qaz təchizatının bərpası üçün müvafiq tapşırıqlar verilib.

Müəllif: