Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda avtomobil aşıb, sürücü ağır xəsarət alıb - <font color=red><b>Foto</b></font>

18:13 - 7 İyun 2021 tarixində dərc olunub.

Sabirabadda avtomobil aşıb.

Hadisə Sabirabad rayonunun Minbaşı kəndində qeydə alıınıb. “Hyundai” markalı avtomobil sürətlə hərəkətdə olarkən idarəetməni itirib və aşıb. Nəticədə sürücü - Sabirabadın Beşdəli kənd sakini, 1994-cü il təvəllüdlü Bayramov Ceyhun Əşrəf oğlu kəllə-beyin travması alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///Apa

Müəllif: