Ucnoqta.az
www.ucnoqta.az

Azad olunan ərazidə narkotik plantasiyası aşkarlandı - <font color=red><b>Foto</b></font>

10:20 - 7 İyun 2021 tarixində dərc olunub.

Ağdam rayonunun işğaldan azad edilmiş kəndində narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Tədbir zamanı rayonun işğaldan azad edilmiş Şelli kəndi ərazisində çəkisi 30 kiloqram olan 142 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

Müəllif: