Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yaşayış binasına atəş açıldı

09:37 - 7 İyun 2021 tarixində dərc olunub.

Bakıda silahlı insident baş verib.

Ucnoqta.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

İyunun 6-sı səhər saat 05 radələrində naməlum şəxs Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasına tapançadan bir neçə dəfə atəş açıb.

Onun binada yaşayan şəxslərdən biri ilə münaqişəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: