Ucnoqta.az
www.ucnoqta.az

Pakistanda iki qatar toqquşub: <font color=red><b>30 nəfər həlak olub</b></font>

07:39 - 7 İyun 2021 tarixində dərc olunub.

Pakistanda iki qatar toqquşub. "Report" xəbər verir ki, bu barədə yerli "ARY News" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənubunda qeydə alınıb. Qəza nəticəsində azı 30 nəfər həlak olub. Telekanalın məlumatına görə, sərnişin qatarları Sind əyalətində, Qotki rayonunda dəmiryol stansiyasında toqquşub.

Dəmiryol idarəsinin nümayəndəsi qeyd edib ki, relsdən çıxmış qatar digər qatara çırpılıb. Yerli hakimiyyət orqanının təmsilçisi Usman Abdulla qəza zamanı azı 30 nəfərin öldüyünü təsdiqləyib. O, qeyd edib ki, daha bir neçə nəfər vaqonların dağıntıları altında qalıb.

Hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Qatarların toqquşmasından sonra bu ərazidə qatarların hərəkəti dayandırılıb.

Müəllif: