Ucnoqta.az
www.ucnoqta.az

Qırmızı işıqda keçən motosikletçini maşın vurdu

07:20 - 7 İyun 2021 tarixində dərc olunub.

Paytaxtın Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, yol qəzası B.Çobanzadə və R.Rüstəmov küçələrinin kəsişməsində baş verib.

1987-ci il təvəllüdlü İmanov Elçin İmanqulu oğlu idarə etdiyi motosikletlə işıqforun qırmızı işığından keçərkən onu minik avtomobili vurub.

E.İmanov sağ bud sümüyünün qəlpəli sınığı və kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Müəllif: