Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 36 yaşlı kişi özünü bıçaqladı

00:24 - 7 İyun 2021 tarixində dərc olunub.
Bakıda orta yaşlı kişi özünə bıçaqla xəsarət yetirib. "Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Əjdərov Fərid Nadir oğlu özünə bıçaqla xəsarət yetirib. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qarın boşluğunda iki ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub. Hadisənin təfərrüatı araşdırılır.
Müəllif: