Ucnoqta.az
www.ucnoqta.az

Prospektdə avtomobil piyadanı vurdu

15:39 - 6 İyun 2021 tarixində dərc olunub.

Bakının Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının yanında (mərkəz istiqamətində əsas yolda) piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, hazırda həmin hissədə nisbətən sıxlıq müşahidə olunur.

Müəllif: