Ucnoqta.az
www.ucnoqta.az

18 mindən çox terrorçu məhv edilib - <font color=red><b>Hulusi Akar</b></font>

13:11 - 6 İyun 2021 tarixində dərc olunub.

24 iyul 2015-ci ildən indiyə qədər 18140 terrorçu zərərsizləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“24 iyul 2015-dən etibarən terrorçuların əlçatmaz dedikləri hər yerə girilib. Bunların hamısı təmizlənib. Bu tarixdən bəri 18140 terrorçu zərərsizləşdirilib. 23 apreldə başlayan Pəncə-Şimşək və Pəncə-İldırım əməliyyatları planlaşdırıldığı kimi uğurla davam edir.

Aprelin 23-dən bəri Suriya və Şimali İraqda ümumilikdə 352 terrorçu zərərsizləşdirilib", - məlumatda bildirilib.

Müəllif: