Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

23:03 - 5 İyun 2021 tarixində dərc olunub.

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nizami rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1971-ci il təvəllüdlü Əliyev Qəhrəman Ağabəy oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: