Ucnoqta.az
www.ucnoqta.az

Lənkəran sakini 1,5 kq heroinlə saxlanıldı - <font color=red><b>Foto</b></font>

17:33 - 5 İyun 2021 tarixində dərc olunub.

Lənkəran sakininin üzərindən 1 kiloqramdan artıq heroin aşkarlanıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Əskərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı əlindəki sellofan torbadan 1 kiloqram 455 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif: