Ucnoqta.az
www.ucnoqta.az

İyunun 5-dən 6-dək... - <font color=red><b>Xəbərdarlıq</b></font>

12:01 - 5 İyun 2021 tarixində dərc olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Xidmətdın verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 05-i axşamdan 06-sı səhərədək Bakıda və Abşeron yarımadasında qısa müddətə şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında iyunun 05-i axşamdan 07-si səhərədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Müəllif: