Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 62 yaşlı qadını motosiklet vurub

23:00 - 4 İyun 2021 tarixində dərc olunub.

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda, Səfər Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Sevil Mütəd qızı Seyidova yolu keçmək istəyərkən onu motosiklet vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: