Ucnoqta.az
www.ucnoqta.az

Bakıda motosikletlə avtomobil toqquşub, xəsarət alan var

18:21 - 4 İyun 2021 tarixində dərc olunub.

Bakıda yol qəzası baş verib.

Hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, motosikletlə avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü İlkin Əsgər oğlu Ağayev xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ ayağın və döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: