Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda “VAZ 2106” qəzaya uğrayıb - <font color=red><b>sürücü xəsarət alıb</b></font>

23:10 - 3 İyun 2021 tarixində dərc olunub.

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, “VAZ 2106” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb.

Xəsarət alan sürücü hadisə şahidlərinin köməkliyi ilə avtomobildən çıxarılaraq, təcili yardım briqadasına təhvil verilib. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: