Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kafedə başlayan yanğın yaşayış binasına keçdi -<font color=red><b> VİDEO</b></font>

09:21 - 2 İyun 2021 tarixində dərc olunub.

Bakıda yanğın hadisəsi baş verib.

Baku TV xəbər verir ki, hadisə Nəsimi rayonunu Lev Tolstoy küçəsində yerləşən kafelərin birində baş verib.

Səhər saatlarında mətbəxdə başlayan yanğın genişlənərək yaxınlıqdakı tikililərə və yaşayış binasına da keçib

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: