Ucnoqta.az
www.ucnoqta.az

Abşeron sakini özünü 14-cü mərtəbədən atıb

08:31 - 2 İyun 2021 tarixində dərc olunub.

Abşeronda intihar hadisəsi baş verib.

Hadisə Saray qəsəbəsində yerləşən hündürmərtəbəli binaların birində qeydə alınıb.
Hələlik şəxsiyyəti bilinməyən, təxminən 45-50 yaşlı kişi özünü binanın 14-cü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün morqa təhvil verilib. İntiharın səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.///Apa

Müəllif: