Ucnoqta.az
www.ucnoqta.az

Bu gün Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti qalxacaq

00:23 - 2 İyun 2021 tarixində dərc olunub.

Azərbaycanda bu gündən benzinin qiymətində dəyişiklik ediləcək.

Aİ-95 markalı benzinin qiyməti 1.40 manat olacaq.

Məlumatlı mənbələrdən bildirilib ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub. 

Qeyd edək ki, buna qədər sözügedən marka benzinin qiyməti 1.25 manat idi./oxu.az

Müəllif: