Ucnoqta.az
www.ucnoqta.az

Arvadını öldürən hakim həbs olundu

18:36 - 1 İyun 2021 tarixində dərc olunub.

Arvadını öldürməkdə təqsirləndirilən hakim Fəqan Əhmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsində təqdimata baxılıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. F. Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə mayın 30-da gecə saatlarında paytaxtın Sabunçu rayonu, Ləhic bağları adlanan ərazidə qeydə alınıb.

Bakı şəhər sakini Fəqan Əhmədov odlu silahla həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Fəqan Əhmədov Sabunçu rayon Məhkəməsinin hakimi olub.

Müəllif: