Ucnoqta.az
www.ucnoqta.az

Xırdalan bazarında qətl tərədilib

09:55 - 31 May 2021 tarixində dərc olunub.

Abşeron rayonunda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Xırdalan şəhərində bazarda qeydə alınıb. Belə ki, orada fəhlə işləyən şəxs münaqişə zəminində qətlə yetirilib. Hələlik şəxsiyyəti məlum olmayan şəxsə 7 bıçaq zərbəsi vurulub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: