Ucnoqta.az
www.ucnoqta.az

İtkin düşən 23 yaşlı Ağstafa sakini tapılıb

20:39 - 29 May 2021 tarixində dərc olunub.

İtkin düşən 23 yaşlı Ağstafa sakini tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa rayon sakini, 1998-ci il təvəllüdlü Gülnar Salahova polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb.

O, ailəsinə təhvil verilib.
Qeyd edək ki, G.Salahova bu il mayın 5-də yaşadığı evdən çıxaraq, geri qayıtmamışdı.

Müəllif: