Qadın və kişi dava zamanı eyvanın məhəccəri ilə birlikdə yerə çırpılıblar.
Ucnoqta.az "Oxu.az"a istinadən xəbər verir ki, Baş verənlərin görüntüsünü “Mash” “Telegram” kanalı yayımlayıb.
Hadisə Rusiyanın Sankt-Peterburq şəhərində baş verib.
Hər iki zərərçəkən xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə təfərrüatlar açıqlanmayıb.