Ucnoqta.az
www.ucnoqta.az

Ağdamda 25 yaşlı oğlan özünü asıb

14:09 - 29 May 2021 tarixində dərc olunub.

Ağdamda 25 yaşlı oğlan özünü asaraq intihar edib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Qəsəbə sakini Dadaşov Şəmil Elman oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: