Ucnoqta.az
www.ucnoqta.az

Canavarların şagirdlərə hücumu nəticəsində xəsarət alanların adları məlum olub <font color=red><b> - VİDEO</b></font>

13:53 - 29 May 2021 tarixində dərc olunub.

Naxçıvanın Ordubad rayonunda canavar sürüsü insanlara hücum edib.

Hadisə Yuxarı Əylif kəndində qeydə alınıb. Canavarların hücumu nəticəsində iki böyük, iki yeniyetmə olmaqla, ümumən 4 nəfər xəsarət alıb.

Naxçıvan təcili tibbi yardım xidmətindən Trend-ə bildirilib ki, onlar 1977-ci il təvəllüdlü Bədəlov Əli Məcnun oğlu, 1966-cı il təvəllüdlü Məmmədov Əkbər Cavad oğlu, 2008-ci il təvəllüdlü Qəhrəmanov Təyyar Əbülfəz oğlu və 2005-ci il təvəllüdlü Qəhrəmanova Məryəm Rafiq qızıdır.

Hazırda həmin şəxslərdən bir nəfəri, M. Qəhrəmanovanın vəziyyəti yaxşı olduğundan evə buraxılıb. Digər şəxslərdən birinin isə vəziyyəti nisbətən ağır olduğundan Naxçıvan şəhərinə göndərilib.

Qeyd edək ki, hadisə may ayının 27-də baş verib.


12:43

Ordubadın Əylis kəndində canavar sürüsü şagirdlərə hücum edib.

Ucnoqta.az Bakupost.az -a istinadən xəbər verir ki, uşaqlar məktəbdən qayıdarkən canavarların hücumuna məruz qalıblar.

Hadisə nəticəsində şagirdlər ağır xəsarət alıblar. Kənd camaatının köməkliyi ilə uşaqlar təcili xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hücuma məruz qalanlardan 2-si uşaq, 1-i böyükdür.
Əsəbi zəif olanların videoya baxmaması tövsiyyə olunur!

Müəllif: