Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada başından güllələnən azərbaycanlının kimliyi məlum olub - <font color=red><b> VİDEO</b></font>

19:29 - 29 May 2021 tarixində dərc olunub.

Rusiyada polis əslən Dmanisi rayonunun Gəyliyən (Kakliani) kənindən olan 19 yaşlı Vəkil Abdullayevi başından təsadüfən güllələyib. 

Hadisə ilə bağlı sosial şəbəkələrdə video görüntülər yayılıb. Məlumata əsasən, hadisə Novosibirskdə qeydə alınıb. Belə ki, polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Kadrlardan görünür ki, sürücü şəxsiyyətinin müəyyən olunması üçün hüquq mühafizəçinin xidməti avtomobilinə tərəf aparılır.

Bu vaxt sərnişinlərdən biri - 19 yaşlı Vəkil Abdullayev polisə müqavimət göstərməyə başlayıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını geri qanırıb və onu avtomobilin üstünə uzandırıb. Bu zaman ehtiyatsızlıqdan əlindəki tapancadan atəş açılıb. Məlumata görə, zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, bütün baş verənləri isə digər sərnişin telefonunun kamerasına çəkib.

Məlumata görə polis içkili vəziyyətdə olub. Hadisə ilə bağlı “Vəzifə səlahiyyətlərindən sui-istifadə” və “Səhlənkarlıqla sağlamlığa ağır zərər vurma” maddələri ilə cinayət işi açılıb. Qeyd edək ki, hazırda gənc xəstəxanadadır, onun beyninin 90% öldüyü bildirilir.///24News.ge


11:50

Novosibirsk yaxınlığında yol polisi azərbaycanlını başından güllələyib.

Polis təqib etdiyi şəxslərdən birinə ehtiyatsızlıqdan atəş açıb. Hazırda yol polisinə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün cinayət işi açılıb.

Yeniyetmənin hələ sağ olduğu deyilsə də, xəstəxanada ağır vəziyyətdədir. Məlumat dəqiqləşdirilir.

​///konkret.az

Müəllif: