Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Bakıda FACİƏ:</b></font> 7 yaşlı uşaq qardaşını avtomobillə vurub öldürdü

11:41 - 29 May 2021 tarixində dərc olunub.

Binəqədi rayonunun Binəqədi qəsəbəsində faciə baş verib.

2014-cü il təvəllüdlü N.Valehov nəzarətsiz qalaraq yaşadıqları evin həyətində atasının avtomobilini işə salaraq arxaya hərəkət etdirib.

Bu zaman maşının arxasında dayanan 2013-cü il təvəllüdlü qardaşı nəqliyyat vasitəsinin təkərləri altında qalıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: