Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib

23:43 - 28 May 2021 tarixində dərc olunub.

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun A.M.Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, 45 yaşlı rayon sakini Cəfərov Famil Əlişiraz oğlu aralarında yaranan mübahisə zəminində rayon sakini, əvvəllər məhkum olunmuş Qurbanov Famil Zeynal oğlu tərəfindən 5 bıçaq xəsarəti alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və cərrahiyə şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyəti ağır qiymətləndirirlər.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.///report

Müəllif: