Ucnoqta.az
www.ucnoqta.az

"Azərsu" ASC-nin əməkdaşı iş yerində intihar edib

14:51 - 28 May 2021 tarixində dərc olunub.

Saatlı rayonunda intihar hadisəsi baş verib.

Ucnoqta.az report-a istinadən xəbər verir ki, rayonun Yeni Novruzlu kəndi ərazisində 4 nömrəli Regional Sukanal İdarəsinə aid otaqda həmin idarənin əməkdaşı - 62 yaşlı Rzaxan Alışov intihar edib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, 4 nömrəli Regional Sukanal İdarəsi "Azərsu" ASC-nin strukturuna daxildir.

Müəllif: