Ucnoqta.az
www.ucnoqta.az

Bakıda psixoloji xidmət mərkəzindən oğurluq edən şəxslər saxlanıldı

12:46 - 27 May 2021 tarixində dərc olunub.

Bakıda psixoloji xidmət mərkəzində oğurluq hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də rayon ərazisindəki psixoloji xidmət mərkəzindən 5 300 manat dəyərində aypad (iPad), fotoaparat və 8 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Abdullayev, Ucar rayon sakinləri O.Məmmədov və A.Əhmədov saxlanılıb.

Müəllif: