Ucnoqta.az
www.ucnoqta.az

Qusarda yanğın olub, xəsarət alan var

08:55 - 27 May 2021 tarixində dərc olunub.

Qusar rayonunun Cibir kəndində ümumi sahəsi 216 m² (hər mərtəbəsi 108 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 106 m² sahədə və dam örtüyü yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: