Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada 2 yaşlı uşaq 10-cu mərtəbədən yıxılaraq ölüb

08:26 - 27 May 2021 tarixində dərc olunub.

Rusiyanın Çuvaşıstan Muxtar Respublikasının paytaxtı Çeboksarıda 2 yaşlı uşaq 10-cu mərtəbədən yıxılıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Federal İstintaq İdarəsinin regional şöbəsinin məlumatına görə, hadisə çərşənbə günü saat 17.20-də baş verib.

Valideyn nəzarətindən yayınan azyaşlı otaqdan eyvana keçərək pəncərənin üstünə çıxıb və yıxılıb. Uşaq aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Müəllif: