Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bu gün yol-nəqliyyat qəzasına düşüb.
Ucnoqta.az Turan-a istinadən bildirir ki, onun idarə etdiyi avtomobil qarşıdan gələn maşınla toqquşub.
"Qarşıdan gələn avtomobil məhdudiyyət xəttini keçdi və toqquşduq", - T.Gülalıyev deyib.
Qəza nəticəsində T.Gülalıyev kəllə-beyin travması alıb, onun burnu sını, dizi əzilib. Həkimlər onun vəziyyətini orta-ağır dəyərləndirirlər.