Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

22:24 - 25 May 2021 tarixində dərc olunub.

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Mirzəzadə Elnur Ceyhun oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Müəllif: