Ucnoqta.az
www.ucnoqta.az

Saray qəsəbəsində ahıl kişi intihar edib

10:10 - 25 May 2021 tarixində dərc olunub.

Abşeron rayonunda intihar hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində baş verib. Belə ki, 1941-ci il təvəllüdlü Hüseynov Əhməd Hacırəhim oğlu yaşadığı evdə özünü asıb. İntiharın səbəbləri bilinmir.

Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: