Ucnoqta.az
www.ucnoqta.az

Malayziyada iki qatar toqquşub - <font color=red><b>166 nəfər yaralanıb</b></font>

00:01 - 25 May 2021 tarixində dərc olunub.

Malayziyanın Kuala-Lumpur şəhərinin metrosunda iki qatarın toqquşması nəticəsində azı 166 nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Vi Ka Siona bildirib.

Nazirin sözlərinə görə, yaralılardan 47 nəfərin vəziyyəti ağırdır.

Hadisə yerli vaxtla saat 20:33-də baş verib. Toqquşan qatarlardan birində 232 sərnişin olub, digəri isə sınaq rejimində işə salındığından boş olub.

Müəllif: