Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yol qəzasında 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb -<font color=red><b> RƏSMİ</b></font>

17:20 - 24 May 2021 tarixində dərc olunub.

Bakıda baş verən yol qəzasında 3 nəfər dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, Mərdəkan yolunda baş verən avtoqəza nəticəsində daxil olan çağırış əsasında hadisə yerinə 5 təcili Tibbi Yardım Briqadası göndərilib:

"Hadisə nəticəsində 3 nəfər (1 qadın, 2 kişi) hadisə yerində dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar".

Müəllif: